Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib

17:00 - 28 Aprel 2025 - Cəmiyyət

116 ölkəni təmsil edən Qeyri-Hökumət Təşkilatlarının razılığı ilə Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib.

APA xəbər verir ki, bu, Qlobal Cənub Platformasının təsis forumunda elan edilib.

Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının 1 il müddətinə (XXVI Baş Assambleyaya qədər) müvəqqəti Baş katibi seçilib.

Eyni zamanda qurumun daxili strukturu dəqiqləşib, habelə, Azərbaycan Milli QHT Forumunun nəzdində baş ofis yaradılıb.

Qeyd edək ki, Qlobal Cənub QHT Platformasının Baş Assambleyası 2026-cı ildə çağırılacaq.

Xəbər xətti