İran Prezidenti Ulu Öndərin məzarını ziyarət edib

17:31 - 28 Aprel 2025 - Xəbər

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Ucnoqta.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Xəbər xətti