Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış

11:42 - 29 Aprel 2025 - DÜNYA

Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, ER Daxili İşlər Nazirliyinin mətbuat katibinin müavini Martun Simonyanın “Novosti-Armenia” agentliyinə verdiyi məlumata görə, fövqəladə hadisə saat 9:30 radələrində Sevan-Yerevan yolunun 3-cü kilometrliyində baş verib. İlkin məlumata görə, itki yoxdur.

"Dayanmış üç avtomobil və yaxınlıqdakı günəş panelləri zədələnib. Hazırda hadisə yerində müvafiq xidmətlər işləyir", - Simonyan qeyd edib.

Xəbər xətti