Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

14:57 - 29 Aprel 2025 - ÖLKƏ İÇİ

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, aprelin 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 5 qumbara, 5 tüfəng, 9 patron darağı və 646 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Xəbər xətti