İspaniya məhkəməsi elektrikin kəsilməsini təxribat olub-olmadığını araşdıracaq

15:12 - 29 Aprel 2025 - DÜNYA

İspaniya məhkəməsi aprelin 28-də ölkədə elektrik enerjisinin kəsilməsinin “təxribat aktı” olub-olmadığını araşdırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın Milli Məhkəmə Kollecinin mətbuat xidmətinin bəyanatında deyilir.

Bildirilir ki, hakim Xose Luis Kalama İspaniyanın elektrik şəbəkəsində dünən baş vermiş elektrik kəsilməsinin kompüter təxribatı olub-olmadığını müəyyən etmək üçün ilkin araşdırma aparmağa razılıq verib", -

Sənəddə həmçinin qeyd edilir ki, sabotaj təxribat aktı kimi tanınarsa, İspaniya Cinayət Məcəlləsinə uyğun olaraq bu hərəkətlər “terror cinayəti” kimi təsnif edilə bilər.

Xəbər xətti