Nazir polkovniki işdən çıxardı

12:08 - 29 Aprel 2025 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant İlkin Cəfərov vəzifəsindən azad edilib.  

Ucnoqta.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, İlkin Cəfərov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. 

Hazırda İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəis müavini Rauf Salmanov rəis vəzifəsini icra edir. 

Xəbər xətti