“Səni axtarıram” 15 yaşında

13:16 - 11 Aprel 2025 - Xəbər

ARB telekanalında yayımlanan "Səni axtarıram" verilişinin 15 yaşı tamam olub.

Ucnoqta.az xəbər verir ki, tanınmış jurnalist Xoşqədəm Hidayətqızının ərsəyə gətirdiyi veriliş ilk dəfə “Sən tək deyilsən” adı ilə 2010-cu ilin aprelində "Azad Azərbaycan” telekanalının efirinə çıxıb.
 
Böyük tamaşaçı auditoriyası toplayan tok-şou janrlı veriliş az sonra "Səni axtarıram" adlandırılıb.

Veriliş 2015-ci ilin aprelindən "Xoşqədəmlə axtarıram səni" adı altında ANS TV-də yayınlanmağa başlayıb.

2016-cı ilin sentyabrından 2021-ci il iyulunadək isə "Səni axtarıram Xoşqədəmlə" adı altında Xəzər TV-də efirə çıxıb.

2021-ci il noyabrın 22-dən hazırkı günə kimi "Səni axtarıram" ARB-də yayımlanır.

"Səni axtarıram" Azərbaycan televiziya məkanında ilk sosial-ictimai yükü, mesajı olan veriliş kimi tarixə düşüb.

Verilişin populyarlaşmasına səbəb onun təqdim etdiyi həyat hekayələrinin həqiqiliyi olub. 

"Səni axtarıram"da tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, millət vəkilləri, jurnalistlər ekspert qismində çıxış ediblər.

Doğmalarını itirən insanların axtarışı ilə məşğul olan "Səni axtarıram" tok-şousu Azərbaycan teleməkanının ən çox izlənən verilişləri sırasında yer alır. İndiyədək veriliş sayəsində yüzlərlə itkin barədə məlumatlar dəqiqləşib, doğmalarını itirən onlarla insan tapılaraq yaxınlarına qovuşub.///modern.az

Xəbər xətti