"Ondan xoşum gəlir" - Tramp

11:09 - 11 Aprel 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) işinə nəzarət edən İlon Maska ehtiyac olmadığını bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fox News kanalı yayıb.

"Mənə İlon heç nəyə görə lazım deyil, sadəcə ondan xoşum gəlir. O, fantastik iş görür. Onun avtomobilinə ehtiyacım yoxdur. Mən əslində bir maşın almışam. Düzünü desəm, onunla nə edim? Ofisdəkilərin idarə etməsinə icazə verdim", - Amerika lideri deyib.

Xəbər xətti