Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda iştirak edəcəklər.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev məlumat verib.
Onun sözlərinə görə, 80 Azərbaycan əsgəri rus qoşunları ilə birlikdə Qızıl Meydan boyunca yürüş edəcək.
"Bu, bizim ümumi tariximizdir, bu, bizim ümumi qələbəmizdir", - diplomat bildirib.