Birləşmiş Ştatlar Vaşinqtonun Tehrana qarşı davam edən aqressiv ritorikasına baxmayaraq, İranın danışıqlara razılıq verdiyini qiymətləndirməlidir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi X-də yazıb.
"Tam ciddilik və aşkar ehtiyatla biz diplomatiyaya real şans veririk. ABŞ onların tərəfində üstünlük təşkil edən aqressiv ritorikaya baxmayaraq qəbul edilən bu qərarı yüksək qiymətləndirməlidir. Biz gözləmirik... Biz proqnozlaşdırmırıq...", o, qeyd edib.
Bəqayinin sözlərinə görə, İran tərəfi şənbə günü danışıqlarda Vaşinqtonun mövqeyini dəyərləndirmək və ondan sonra cavab vermək niyyətindədir....