Çin hakimiyyəti ABŞ administrasiyasının birtərəfli hədə-qorxu və məcburetmə siyasətinə cavab olaraq Ümumdünya Ticarət Təşkilatına (ÜTT) növbəti şikayət ərizəsi ilə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ-nin tarif tədbirləri ÜTT qaydalarını ciddi şəkildə pozan və qaydalara əsaslanan çoxtərəfli ticarət sistemini və beynəlxalq ticarət və iqtisadi nizamı pozan birtərəfli hədə-qorxu və məcburiyyətin tipik nümunəsidir.