ABŞ-Çin münaqişəsinin nəticələri ağır olacaq - Heqset

08:21 - 11 Aprel 2025 - DÜNYA

ABŞ və Çin arasında mümkün münaqişə dəhşətli nəticələrə gətirib çıxara bilər, Vaşinqton bunu istəmir

Ucnoqta.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset Fox News-a müsahibəsində deyib.

"Biz Çinlə münaqişəyə can atmırıq. Bunun nəticələri ağır olacaq", - Heqset deyib.

Pentaqonun rəhbəri ölkələr arasında ticarət əlaqələrinin kəskinləşməsini şərh edərək, cari hadisələrin ABŞ və Çin arasında münaqişəyə çevrilməyəcəyinə ümid etdiyini bildirib.

Xəbər xətti