Fələstinin HƏMAS hərəkatı Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə müraciət edərək, Böyük Britaniyada fəaliyyəti qadağan edilən terror təşkilatları siyahısından çıxarılmasını tələb edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə radikallar öz Telegram kanallarında məlumat veriblər.
Bildirilir ki, HƏMAS-ı təmsil edən Böyük Britaniyanın “Riverway Law” firmasının hüquqşünaslarından ibarət qrup aprelin 9-da hərəkatın terror təşkilatı kimi tanınmasını davam etdirməsinə etiraz əlaməti olaraq Böyük Britaniya Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib.
HƏMAS əlavə edib ki, hüquq qrupu radikal təşkilatın siyasi bürosunda beynəlxalq əlaqələrə cavabdeh olan Musa Əbu Mərzuqun tələbi ilə yaradılıb.
Hərəkat nümayəndələrinin fikrincə, məhz London 1948-ci ildə Fələstin xalqının faciəsində günahkardır, çünki o, öz torpaqlarını yəhudi köçkünlərə verib və buna görə də“ədalətsiz qərarına yenidən baxmalı və keçmiş günahların kəffarəsi olmalıdır.
HƏMAS-ı təmsil etməyə razılıq verən Riverway Law hüquq firması Londonda yerləşir və Britaniya vətəndaşlığı və Böyük Britaniyada sığınacaq iddiaları ilə bağlı işlərdə ixtisaslaşmışdır.