Cənubi Afrika Respublikasında pinqvin daşınması zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi helikopterin qəzaya uğramasına səbəb olub.
Ucnoqta.az xəbər verir ki, Cənubi Afrika Mülki Aviasiya Təşkilatının hesabatında deyilir ki, heyvanın olduğu qutu təsadüfən idarəetmə qoluna dəyib və nəticədə helikopter qəzaya uğrayıb.
Hadisə yanvarın 19-da Robinson R44 yüngül tipli helikopterin Şərqi Keypdəki Bird adasında qəzaya uğraması ilə baş verib.
Üç sərnişindən biri adı açıqlanmayan ekspert olub və həmin ərazidə havadan müşahidələr aparmağı planlaşdırıb. Helikopter pinqvinlərin yaşadığı Quş adasına enib və mütəxəssis onlardan birini özü ilə aparmağı xahiş edib. Quş pilotun yanında ön oturacaqda əyləşən sərnişinlərdən birinin qucağında saxlanılan karton qutuya yerləşdirilib.
Havaya qalxdıqdan qısa müddət sonra, təxminən 15 m yüksəklikdə pinqvin olan qutu sərnişinin qucağından sağa sürüşərək vertolyotun idarəetmə çubuğunu hərəkətə gətirib. Nəticədə helikopter kəskin əyilib, pilotun vəziyyəti düzəltməyə vaxtı olmayıb - pərlər yerə toxunub və helikopter ciddi ziyan görərək qəzaya uğrayıb.
Xəsarət almayıb və pinqvinə zərər dəyməyib.