Hindistanda ildırım 25 nəfəri vurub öldürüb

08:09 - 11 Aprel 2025 - DÜNYA

Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 25 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Ştat baş nazirinin ofisindən verilən açıqlamaya görə, Naland rayonunda 18 nəfər, digər rayonlarda isə bir neçə nəfər həlak olub.

Yerli siyasi partiyalardan birinin lideri Raştriya Janata Dalın lideri Tejaşvi Yadav X sosial şəbəkəsindəki paylaşımında bildirib ki, cümə axşamı regionda tüğyan edən fəlakət səbəbindən 50-dən çox adam ölüb.
Çərşənbə günü Biharın dörd rayonunda ildırım çaxması nəticəsində 13 nəfər həlak olub.

Xəbər xətti