Gəncədə 6 nəfər tortdan zəhərlənib

10:20 - 11 Aprel 2025 - ÖLKƏ İÇİ

TƏBİB Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ilə bağlı məlumat yayıb.

Ucnoqta.az xəbər verir ki, Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (5 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub: 

"Dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

AQTA hadisənin səbəbləri, qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Xatırladaq ki, zəhərlənən şəxlər M.İslamova (1955), T.Cəfərova (2008), N.Qədimova (2003), S.İslamova (1976), F.Abbasova (1998) və R.Qədimovdur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti