Xəbər verdiyimiz kimi, bu gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.
Ucnoqta.az-ın məlumatına görə, qəza zamanı avtomobildə olan sərnişin Sevda Həşimova “Günə son” verilişinə açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov qeyri-adekvat hərəkətlər edib.
Onun sözlərinə görə, proqram vasitəsilə taksi sifariş edib. A. Nəcəfov isə onu götürərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməyə başlayıb:
“Avtomobilə yeni minmişdim ki, sürücü qəribə səslər çıxarmağa başladı və ayağını da qaza basdı. Hələ çox getməmişdik, körpüyə çatanda bir də gördüm ki, uçuram”.
Ətraflı süjeti təqdim edirik: