Ukrayna ordusunun itkiləri açıqlanıb - SİYAHI

13:36 - 4 Fevral 2025 - DÜNYA

Son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə sistemləri uzun mənzilli Neptun gəmi əleyhinə raketini, HIMARS MLRS mərmisini və Ukrayna Silahlı Qüvvələrinə məxsus 68 pilotsuz təyyarəni vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Ordusunun 283 helikopter, 42 406 pilotsuz uçuş aparatı, 590 zenit-raket kompleksi, 21 023 tank və digər zirehli döyüş texnikası, 1 513 reaktiv yaylım atəşi sistemi, 21 222 səhra artilleriya qurğusu və minaatan, həmçinin 31 186 ədəd xüsusi təyinatlı hərbi texnikası məhv edilib.

Xəbər xətti