Laçında yük avtomobili aşıb, sürücü həyatını itirib
Ucnoqta.az xəbər verir ki, Laçın rayonunda yük avtomobilinin aşması nəticəsində sürücü dünyasını dəyişib.
Hadisə rayonun Pircahan kəndi ərazisində baş verib. 1977-ci il təvəllüdlü Aslan Vaqif oğlu Nağızadə idarə etdiyi “Howo” markalı yük avtomobilinin idarəetməsini itirib və nəqliyyat vasitəsi aşıb.
Qəza nəticəsində A. Nağızadə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.