Rusiya Polşaya eyni şəkildə cavab verəcək - Peskov

13:57 - 4 Fevral 2025 - Xəbər

 Varşava Rusiyanın diplomatik əmlakını ələ keçirməyə cəhd edərsə, Moskva qarşılıqlı tədbirlər görəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

 "Polşaya gəlincə, təbii ki, biz mümkün olan bütün tədbirləri görəcəyik. Polşanın özündə də hazırda Varşavanın quduz rusofob siyasətinə görə bu tədbirlər məhduddur. Lakin Polşa tərəfi tərəfindən hər hansı bir addım atılacağı təqdirdə, təbii ki, burada qarşılıqlı tədbirlər qaçılmazdır” - Peskov qeyd edib.

Xəbər xətti