Rusiya, Azərbaycan və İran nazirləri görüşəcək

14:25 - 4 Fevral 2025 - İQTİSADİYYAT

Rusiya, İran və Azərbaycanın Xarici İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi və gömrük xidmətlərinin rəhbərləri beynəlxalq nəqliyyat dəhlizi Şimal-Cənub Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin gedişatını müzakirə etmək üçün yaxın vaxtlarda görüşəcəklər. 

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali məlumat verib.

Cəlali bildirib ki, yaxın vaxtlarda İran, Rusiya və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, energetika nazirləri və gömrük xidmətləri rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyi planlaşdırırıq.

Səfir qeyd edib ki, bu layihənin həyata keçirilməsinə dair sazişin 2025-ci ilin martına qədər imzalanması planlaşdırılır.

Xəbər xətti