Mobil tətbiqlər reklam daşıyıcısı hesab ediləcək - DƏYİŞİKLİK

14:03 - 4 Fevral 2025 - Xəbər

Reklam daşıyıcılarının əhatə dairəsi genişləndirilir.

Ucnoqta.az xəbər verir, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Reklam haqqında" Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, mobil tətbiqlər (dövlət orqanlarının (qurumlarının) mobil tətbiqləri istisna olmaqla) və rəqəmsal platformalar (o cümlədən onların bir hissəsi), reklam xarakterli bildiriş və sms-lər də reklam daşıyıcısı hesab ediləcək.

Xəbər xətti