1
“Azərbaycan və Sloveniya yığmaları barədə hələlik heç nə bilmirəm. Bir gündür yığışmışıq. Rəqiblər haqda hələ ki danışmamışıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri Belarus millisinin futbolçusu İvan Mayevski “Pressbol”a müsahibəsində deyib.
29 yaşlı yarımmüdafiəçi bildirib ki, millidə bütün rəqiblərə qarşı oynamaq onun üçün maraqlıdır: “Mənim üçün rəqibin Sloveniya, Azərbaycan, Lüksemburq və ya Fransa olması vacib deyil. Yığmada oynayırsansa, istənilən matç maraqlıdır”.
Qeyd edək ki, Azərbaycan – Belarus görüşü martın 23-ü saat 20:00-da başlayacaq.
