24
ABŞ Prezidenti Donald Tramp “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin qüvvələrin planlı rotasiyası çərçivəsində Yaxın Şərqdən geri qayıtdığını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasından Nyu-Yorka yola düşməzdən əvvəl jurnalistlərə bildirib ki, gəmi artıq yoldadır və yaxın vaxtlarda onu oxşar başqa bir gəmi əvəz edəcək.
ABŞ Prezidenti “USS Abraham Lincoln”un missiyasının həddindən artıq uzadıldığı barədə fikirləri də rədd edib.
“Xeyr, kifayət qədər uzun davam etməyib”, – deyə Tramp bildirib.
