32
Livanın cənubundakı Nəbatiyə rayonunun Deyr əz-Zəhrani yaşayış məntəqəsinə endirilən zərbə nəticəsində azı 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Livanın Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.
Livanın NNA agentliyinin yaydığı məlumata görə, xilasedicilər zərbə nəticəsində dağılan ərazidə axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri aparıblar.
Xilasedicilər dağıntılar altından 3 nəfərin cəsədini çıxarıb, 5 yaralını xəstəxanaya çatdırıblar. Daha bir ölənin cəsədi isə digər xilasedici qrup tərəfindən aşkarlanaraq çıxarılıb.
Dağıntılar altında insanların axtarışı davam etdirilir.
