26
Xorvatiyalı Zlato Daliç Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) milli futbol komandasının baş məşqçisi təyin olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə BƏƏ Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
59 yaşlı mütəxəssis daha əvvəl 9 il çalışdırdığı Xorvatiya millisindəki baş məşqçi postunu tərk edib.
Daliçin rəhbərliyi altında Xorvatiya millisi 2018-ci ildə dünya çempionatında gümüş medal qazanıb.
