27
ABŞ administrasiyası hazırda Kuba ilə bağlı gələcək addımların bütün variantlarını, o cümlədən hərbi tədbirləri nəzərdən keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Hegset Panamada jurnalistlərə açıqlamasında bildirib.
Kubaya qarşı hərbi əməliyyat ehtimalı ilə bağlı suala cavab verən Heqset deyib: “Hərbi variantlar da daxil olmaqla bütün variantlar nəzərdən keçirilir”.
O əlavə edib ki, Kubanın ABŞ-ın strateji maraqlarını qorumaq üçün Prezident Donald Trampın qətiyyətini nəzərə alması məqsədəuyğun olardı.
Heqset ABŞ-ın Kuba ilə bağlı gələcək addımlar üçün “çoxsaylı variantlara” malik olduğunu vurğulayıb.
