37
2022-ci il fevralın 24-dən 2026-cı il avqustun 15-dək Rusiya ordusunun ümumi döyüş itkiləri təxminən 1 milyon 465 min 810 hərbçi təşkil edib.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutkada daha 1 370 rusiyalı hərbçi zərərsizləşdirilib. Həmçinin 5 tank, 3 zirehli döyüş maşını, 62 artilleriya sistemi, 2 reaktiv yaylım atəş sistemi və 3 hava hücumundan müdafiə vasitəsi məhv edilib.
Bundan başqa, Ukrayna tərəfi son sutkada 1 835 operativ-taktiki PUA və 522 avtomobil texnikasının məhv edildiyini açıqlayıb.
