1
PSJ "Mançester Yunayted"in futbolçusu Maruan Fellainini transfer etmək istəyir.
“Ucnoqta.az” xəbər verir ki, Qol.az-ın Fransanın "Le10 Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, Paris klubu artıq belçikalı yarımmüdafiəçi ilə danışıqlara başlayıb. Ona 4 illik müqavilə təklif edildiyi bildirilir.
Qeyd edək ki, Fellaininin "Mançester Yunayted"lə 2018-ci ilin iyununa qədər müqaviləsi var.
