ABŞ Hərbi Hava Qüvvələrinə məxsus uzaqmənzilli radiolokasiya aşkarlama təyyarəsi Fars körfəzi yaxınlığında uçuş zamanı göyərtəsində qəza siqnalı verib. Bu, son bir ay ərzində eyni təyyarənin ikinci belə hadisəsidir.
Ucnoqta.az xəbər verir ki, TASS-ın Yaxın Şərqdəki aviadispetçer xidmətlərindəki mənbəyə istinadən verdiyi məlumata görə, Boeing E-3B Sentry regiondakı hərbi bazalardan birindən havaya qalxdıqdan sonra Fars körfəzi sahilləri yaxınlığında həyəcan siqnalı verib. Bundan sonra təyyarə enişə başlayaraq uçuş aerodromuna qayıdıb.
Hadisənin səbəbi açıqlanmayıb. Mənbə bildirib ki, söhbət iyulun 23-də də eyni ərazidə qəza siqnalı verən həmin təyyarədən gedir. Həmin insidentdən sonra təyyarə bir neçə gün uçuş həyata keçirməyib, daha sonra uçuşlarını bərpa edib.
Mənbənin sözlərinə görə, 400 kilometrədək məsafədəki hədəfləri aşkarlaya bilən E-3B Sentry 1980-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilib və 46 ildir istismardadır.
