70
ABŞ Prezidenti Donald Tramp dövlət səfəri ilə ölkəyə gələn Çin lideri Si Cinpini Endryus hərbi hava bazasında şəxsən qarşılayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.
Qeyd olunub ki, bu, ABŞ prezidentinin 60 ildən artıq müddətdə formalaşmış protokoldan kənara çıxması olacaq. Nəşr bunu Trampın Çin liderinə göstərdiyi hörmətin ifadəsi kimi qiymətləndirib.
Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin ali baş komandanı sonuncu dəfə 1962-ci ildə Endryus bazasında xarici ölkə liderini şəxsən qarşılayıb. Həmin vaxt ABŞ Prezidenti Con Kennedi Böyük Britaniyanın Baş naziri Harold Makmillanı birbaşa uçuş-enmə zolağında qarşılayıb.
