Biznesmen İlon Mask Çin Xalq Respublikasının sədri Si Cinpini “böyük lider” adlandırıb və onun hakimiyyətdə olduğu müddətdə Çinin böyük inkişaf əldə etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Mask bu fikirləri Çin liderinin ABŞ-a səfəri ərəfəsində Çin Mərkəzi Televiziyasına müsahibəsində səsləndirib.
“Si Cinpin mənə böyük lider təsiri bağışlayır. Onun hakimiyyəti dövründə Çin böyük tərəqqiyə nail olub”, – deyə Mask bildirib.
Biznesmen Çinə səfəri zamanı əldə etdiyi təəssüratlardan da danışıb. O, Pekindən Şensi əyalətinin Si’an şəhərinə sürətli qatarla səfər etdiyini qeyd edib.
Maskın sözlərinə görə, Çində baş verən inkişafı ilbəil, hətta bir il ərzində belə müşahidə etmək mümkündür. O bildirib ki, bu, Si Cinpinin “görkəmli iş gördüyünü” göstərir.
