40
Sentyabrın 7-də Hörmüz boğazından yeddi gəmi, sentyabrın 6-da isə səkkiz gəmi keçib.
Ucnoqta.az xəbər verir ki, Reuters bu barədə analitik şirkət Kpler-ə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, boğazda nəqliyyatın azalması İranın ABŞ-ın gələcək hücumlarına qarşı cavab tədbirləri ilə hədələməsindən sonra baş verib.
Eyni zamanda, Ərəb dənizindəki Ədən körfəzinə aparan Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı artıb. Sentyabrın 7-də boğazdan 29 yük gəmisi keçib, əvvəlki gün isə bu rəqəm 17 olub.
