25
Avropa İttifaqında 2026-cı ilin sonunadək təxminən 300 min iş yeri itirilə bilər.
Ucnoqta.az xəbər verir ki, “The Guardian”ın yazdığına görə, Avropalı polad və metallurgiya istehsalçılarının Eurometal assosiasiyası buna səbəb kimi Çin şirkətlərinin Aİ bazarında artan rəqabətini göstərir.
Assosiasiyanın hesablamalarına görə, Çin istehsalçıları təchizat zəncirlərində mövqelərini sürətlə gücləndirir və bu, Avropa sənayesinə ciddi təzyiq yaradır.
Problemlə bağlı Eurometal sentyabrın 7-də Brüsseldə Avropa Komissiyasının qarşısında etiraz aksiyası keçirib. Aksiya zamanı üzərində “Aİ-nin rəqabət qabiliyyəti”, “sənayedə məşğulluq” və “Avropa zavodları” yazılmış tabutlar nümayiş etdirilib.
