30
Polşanın müdafiə şirkəti Mesko Piorun daşınan zenit-raket komplekslərinin illik istehsalını 2 min ədədə çatdırmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, Defence24 portalının məlumatına görə, hazırda müəssisədə ildə 1,7 min “Piorun” istehsal olunur. Onlardan 1,5 mini hərbi hissələrə təhvil verilir, qalanları isə sınaqlar və operatorların təlimi üçün istifadə edilir.
Piorun istehsalına 2019-cu ildə başlanılıb. Həmin vaxt müəssisə ildə cəmi 300 kompleks istehsal edirdi.
