24
Nepalda daşqın qurbanlarının xatirəsinə matəm günü keçirilir
Ucnoqta.az xəbər verir ki, Nepalda Rasuva rayonunda Bhotekoshi çayında baş vermiş dağıdıcı daşqının qurbanlarının xatirəsinə 7 sentyabr milli matəm günü qeyd edilir. Son məlumatlara görə, fəlakət nəticəsində ölkədə 1 300-dən çox insan həlak olub, minlərlə şəxs itkin düşüb.
Matəm günü ilə əlaqədar Nepalda dövlət qurumlarının binalarında, eləcə də ölkənin xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıyadək endirilib. Xilasetmə və axtarış əməliyyatları davam etdirilir.
