35
ABŞ Prezidenti Donald Trampın böyük oğlu, iş adamı Donald Tramp Jr. Estoniyanın paytaxtı Tallinə gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Estoniyanın “Postimees” qəzeti məlumat yayıb.
Tramp Jr.-ın Estoniyaya səfərinin məqsədi məlum deyil. O, Tallində olduğu müddətdə “Radisson” şəbəkəsinə məxsus oteldə yerləşib və şəhərdə mühafizəçilərin müşayiəti ilə hərəkət edir.
ABŞ-ın Estoniyadakı səfirliyi “Postimees” və “Delfi” portalının səfərlə bağlı sorğularını şərh etməkdən imtina edib.
