22
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner sülh sazişlərinin əldə olunması, o cümlədən Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlara tam diqqət ayırıblar.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Fox Radio-ya müsahibəsində bildirib.
“Bizim vəzifəsi sülh sazişləri üzrə danışıqlar aparmaq olan insanlar var. Bu, Stiv Uitkoffdur və indi Cared Kuşner də bu prosesə qoşulub” – suala cavabında bildirib.
Onun sözlərinə görə, Uitkoff və Kuşner vaxtlarının 100 faizini sülh sazişləri üzrə danışıqlara həsr edirlər.
Rubio vurğulayıb ki, ABŞ administrasiyası xarici siyasətin hər bir istiqaməti üzrə ayrıca komandalar formalaşdırır və bütün iştirakçılar ümumi yanaşma çərçivəsində fəaliyyət göstərirlər.
