İranın İsrail ərazisinə ilk hücumu halında İsrail ordusu İranın nüvə proqramına aid obyektlərə zərbələr endirməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al-Monitor” İsrail rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-ın İran ərazisinə davam edən zərbələri fonunda İsrail hazırda Tehranla birbaşa qarşıdurmadan yayınmağa çalışır. İsrail status-kvonun qorunmasında maraqlıdır və eskalasiyaya getmək niyyətində deyil.
Bununla belə, İsrail rəhbərliyi İranda ən radikal dairələrin daxili təzyiqi nəticəsində Tehran hakimiyyətinin İsrailə məhdud zərbələr endirə biləcəyini istisna etmir. İsrail Hərbi Hava Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Məlumata görə, eskalasiya baş verəcəyi təqdirdə İsrail ordusunun əsas hədəfləri İranın nüvə proqramı ilə bağlı obyektlər olacaq. İranın enerji və nəqliyyat infrastrukturu, eləcə də hökumət qurumları isə ikinci dərəcəli hədəf kimi qiymətləndirilir.
