27
İranın Sirik şəhərində toy mərasiminin keçirildiyi əraziyə ABŞ tərəfindən endirilən zərbə nəticəsində azı 50 nəfər yaralanıb, 4 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Moxtar Salahşur və Hörmüzgan əyaləti qubernatorunun müavini Əhməd Nəfisi məlumat veriblər.
“Hazırda əldə olan məlumata görə, hücum nəticəsində 4 nəfər ölüb, 50 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətini nəzərə alaraq, ölənlərin sayının artması ehtimalı var”, – deyə onlar SNN telekanalına bildiriblər.
Hadisə İranın cənubunda ABŞ-ın yeni zərbələri fonunda baş verib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) zərbələrin İranın Hörmüz boğazında ticarət gəmilərinə qarşı hücum imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığını bildirib.
