20
Kolumbiya silahlı qüvvələri dağılmış üsyançı təşkilat olan Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) keçmiş üzvləri tərəfindən yaradılan silahlı qrupa məxsus düşərgəyə hava hücumu həyata keçirib.
Ucnoqta.az xəbər verir ki, prezident Abelardo de la Espriella X sosial şəbəkəsində 20 yaraqlının öldürüldüyünü açıqlayıb.
“Quaviare departamentində silahlı qüvvələrimiz narkoterrorçu İvan Mordisko qrupuna məxsus düşərgəyə hava hücumu həyata keçirib. Biz 20 yaraqlını öldürdük, daha beşini əsir götürdük və düşərgədə olan iki azyaşlını xilas etdik”, – deyə o, videomüraciətində bildirib.
