28
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi zərbələri davam etdirə biləcəyini istisna etməyib.
Ucnoqta.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ İranla bağlı vəziyyəti yaxından izləyir və bundan sonra atılacaq addımlar yaranacaq vəziyyətdən asılı olacaq.
ABŞ prezidenti daha əvvəl də İranın ABŞ qüvvələrinə qarşı mümkün hücumlarına sərt cavab veriləcəyini bildirib. O, Vaşinqtonun Tehrana qarşı həm hərbi, həm də iqtisadi təzyiqi davam etdirəcəyinə işarə edib.
Tramp eyni zamanda İranla danışıqların mümkün olduğunu bildirsə də, Tehranla hər hansı razılaşmaya etibar məsələsində ehtiyatlı mövqe nümayiş etdirib.
