25
İran Hürmüz boğazının şərqində ABŞ-a məxsus MQ-9 Reaper tipli pilotsuz uçuş aparatının (PUA) daha birini vurduğunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, İranın «Fars» xəbər agentliyinin məlumatına görə, PUA İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) inkişaf etmiş hava hücumundan müdafiə sisteminin atəşi nəticəsində vurulub.
«Bir neçə dəqiqə əvvəl SEPAH-a məxsus inkişaf etmiş hava hücumundan müdafiə sisteminin atəşinə məruz qalan MQ-9 pilotsuz uçuş aparatı vuruldu», – deyə agentlik bildirib.
Qeyd edək ki, SEPAH bundan əvvəl də ABŞ-a məxsus MQ-9 tipli PUA-nın Hürmüz boğazı üzərində vurulduğunu açıqlamışdı.
