30
ABŞ prezidenti Donald Tramp ölkəsinin digər dövlətlərin hücumuna məruz qalacağına inanmadığını bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp Ağ Evdə çıxışı zamanı müharibə və digər fövqəladə hallar zamanı dərman istehsalı üçün zəruri maddələrin ölkədə ehtiyatda saxlanmasının vacibliyini vurğulayıb.
«Lakin heç kim bizə hücum etməyəcək. Bilirsiniz niyə? Çünki onlar ağıllıdırlar», – deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin administrasiyasının ölkədə dərman qiymətlərinin aşağı salınmasına yönəlmiş bir sıra tədbirlər gördüyünü açıqlayıb.
