30
Braziliya prezidenti Luis İnasio Lula da Silva sentyabrda Yeni Dehlidə keçiriləcək BRİKS sammitində iştirak etməyəcək.
Ucnoqta.az xəbər evrir ki, bu barədə CNN Brasil telekanalı məlumat yayıb.
Məlumata görə, Braziliya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Mauro Vieyra rəhbərlik edəcək.
Qeyd olunur ki, Lula da Silvanın sammitə qatılmamaq qərarı onun yenidən prezident seçilməsi ilə bağlı kampaniyası ilə əlaqədardır. Braziliyada prezident seçkiləri oktyabr ayında keçiriləcək.
