28
Polşa Hərbi Hava Qüvvələrinin növbətçi qırıcıları Baltik dənizi üzərində uçan Rusiyanın İl-20 təyyarəsini müşayiət etmək üçün havaya qaldırılıb.
Ucnoqta.az bildirir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, hadisə Polşanın sahil şəhəri Lebadan 30 kilometr şimalda baş verib.
Nazir vurğulayıb ki, Rusiya təyyarəsi Polşanın hava məkanını pozmayıb.
