33
Beynəlxalq Cüdo Federasiyası (IJF) və İsveçrə Cüdo Federasiyası 2028-ci il dünya çempionatının Lozannada keçirilməsi ilə bağlı saziş imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə IJF-in mətbuat xidməti məlumat yayıb.
İsveçrə Cüdo Federasiyasının prezidenti Sergey Aşvanden bildirib ki, ölkəsinə dünya çempionatını keçirmək etimadının göstərilməsi həm şərəf, həm də məsuliyyətdir.
Onun sözlərinə görə, 2026 və 2027-ci illərdə keçiriləcək “Böyük Dəbilqə” turnirlərindən sonra 2028-ci il dünya çempionatı İsveçrədə cüdonun bütün istiqamətlərinin inkişafına imkan verəcək.
