32
İsrail Müdafiə Ordusu (IDF) Qəzza zolağının Deyr əl-Bəlah bölgəsində radikal HƏMAS hərəkatının hərbi qanadının komandirinə zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, bBu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İddia olunur ki, HƏMAS üzvü “Şühəda əl-Əqsa” xəstəxanasının ərazisində gizlənərək IDF əsgərlərinə və İsrail mülki əhalisinə qarşı hücumlar hazırlayırdı.
Mətbuat xidməti bildirib ki, 27 avqust 2026-cı ildə Qəzza zolağının səhiyyə qurumlarına tibb müəssisələrindən terror məqsədləri üçün istifadə edilməməsi ilə bağlı xəbərdarlıq göndərilib.
“Belə fəaliyyət davam edərsə, İsrail Müdafiə Ordusu yaranan təhlükəyə qarşı tədbir görəcək”, – deyə açıqlamada bildirilib.
