32
İsveç Ukraynaya sahil mühafizəsi üçün nəzərdə tutulan sürətli katerlər verəcək.
Ucnoqta.az bildirir ki, bu barədə Hökumət Dəftərxanası məlumat verib. Qeyd edək ki, İsveç daha əvvəl də Ukraynaya dəniz təhlükəsizliyinin gücləndirilməsi məqsədilə iki sahil mühafizə gəmisi və digər avadanlıqlar təqdim edəcəyini açıqlamışdı.
İsveçin Ukraynaya hərbi və digər yardımları son dövrdə də davam edir. Avqustun 27-də Stokholm Kiyevə hava hücumundan müdafiənin gücləndirilməsi üçün əlavə 270 milyon İsveç kronu ayırdığını açıqlayıb.
