25
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında, Kanpur şəhəri yaxınlığında iki yerlik təlim-tədris təyyarəsi qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Hindustan Times məlumat yayıb. Hadisə nəticəsində pilotlardan biri həlak olub, digər pilot isə ağır xəsarət alıb. Yaralı pilotun vəziyyətinin kritik olduğu və xəstəxanaya çatdırıldığı bildirilir.
Qəzanın səbəbləri ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
